Velosipedçilərimiz 29 və 31-ci yerləri tutdular

17:20 25 İyun 2019

Azərbaycan velosipedçiləri Elçin Əsədov və Samir Cəbrayılov II Avropa Oyunlarında şosse növündə çıxış ediblər.

 

Sportarena.az xəbər verir ki, Əsədov 36 dəqiqə 50,80 saniyə ilə yarışı 29-cu pillədə başa vurub. Cəbrayılov isə 37 velosipedçi arasında 31-ci yeri tutub. O, finiş xəttinə 37 dəqiqə 39,39 saniyəyə çatıb.

 

Yarışın qalibi 33 dəqiqə 3,34 saniyə ilə Vasili Kiriyenko (Belarus) olub.


Xəbər xətti