Mariya Stadnikdən qızıl medal qazandı

20:04 28 İyun 2019

Azərbaycan qadın güləşçisi Mariya Stadnik "Minsk 2019" II Avropa Oyunlarının qalibi olub.

 

Sportarena.az xəbər verir ki, 50 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda ukraynalı Oksana Livaçla üz-üzə gəlib. Rəqibini 7:1 hesabı ilə məğlub edən olimpiya mükafatçımız çempion olub.

 

Qeyd edək ki, bu, Azərbaycan idmançılarının II Avropa Oyunlarındakı üçüncü qızıl medalı olub. Daha öncə sərbəst güləşçilər - Mahir Əmiraslanov (57 kq) və Hacı Əliyev (65 kq) qızıl medal əldə edə bilib.


Digər xəbərlər

Xəbər xətti