Azərbaycan daha bir qızıl medal qazandı

Sportarena.az      29 İyun 2018, 19:26

Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında boksçuların final döyüşləri keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü Alfonso Dominqes də həlledici döyüşünə çıxıb.

 

Bu, 81 kq çəki dərəcəsində çıxış edən təmsilçimizin "Ureçye Arena”da beşinci qarşılaşması olub. Bunadək ukraynalı Stefan Hrekulu 3:0, belaruslu Mixail Dauhalyavetsi 5:0, belçikalı Ziad El Mohoru 5:0, yarımfinalda isə italiyalı Simone Fiorini 4:1 hesabı ilə məğlub edən boksçumuz böyük britaniyalı Bencamin Vittakerlə görüşüb. Açıq aşkar üstünlüyə malik olan boksçumuz qələbə qazanıb. Bununla da idmançımız yarışın çempionu adına yiyələnib.

 

Bu, Azərbaycan boks millisinin Avropa Oyunlarında ikinci medalı olub. A.Dominqesə qədər Lorenzo Sotomayor yarışların bürünc mükafatını əldə edib. 69 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarımfinalda uduzaraq üçüncü olub.

 

A.Dominqesin mükafatı Azərbaycan millisinin "Minsk-2019"da 23-cü medalı olub. Bunlardan dördü qızıl, yeddisi gümüş, on ikisi bürüncdür.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin