"Qarabağ"ın sonuncu oyununun saatı məlum oldu

09:30 1 İyul 2019

"Qarabağ"ın Avstriyada təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununun başlama saatı müəyyənləşib.

 

Sportarena.az klubun rəsmi "Feysbuk" səhifəsinə istinadən xəbər verir ki, "Viktoriya"ya (Çexiya) qarşı görüş iyulun 2-i Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

 

Qeyd edək ki, Ağdam təmsilçisi bundan əvvəl Bolqarıstan "Ludoqorets"inə 0:2 hesabı ilə uduzub, Rumıniya "Krayova"su ilə qolsuz bərabərə qalıb, Rusiya “Ufa”sına 2:1 hesabı ilə qalib gəlib.  


Digər xəbərlər

Xəbər xətti