"Mançester Yunayted" "Barselona"nın ulduzunu istəyir

11:01 1 İyul 2019

"Mançester Yunayted" komandadan ayrılması gözlənilən Paul Poqbanın yerinə oyunçu tapıb.

 

Sportarena.az xəbər verir ki, baş məşqçi Ole Qunnar Sulşer "Barselona"dan İvan Rakitiçin transferini istəyib. İngilislər xorvat yarımmüdafiəçi üçün 35 milyon avro təklif etsə də, hələlik Kataloniya klubunu razı salmaq mümkün olmayıb. "Barselona"nın 50 milyon avro tələb etdiyi deyilir.

 

Qeyd edək ki, Raktiç "Barselona"ya 2014-cü ildə "Sevilya"dan 18 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 40 milyon avro qiymət qoyduğu 31 yaşlı yarımmüdafiəçi ötən mövsüm oynadığı 54 rəsmi matçda 5 qol vurub və 10 məhsuldar ötürmə edib.


Digər xəbərlər

Xəbər xətti