“Monako”nun yetirməsi “Səbail”ə keçə bilər

15:50 2 İyul 2019

Azərbaycanı avrokuboklarda ilk dəfə təmsil edəcək  “Səbail”in düşərgəsində daha bir yeni legioner yer alıb.

 

Sportarena.az xəbər verir ki, bu, “Monako”nun yetirməsi olan hücumçu Junior Mapukudur.Bir neçə gündür Avroliqa təmsilçimizdə baxışda olan təcrübəli konqolu futbolçu ilə bağlı yaxın günlərdə qərar veriləcək.

 
Qeyd edək ki, son olaraq Rumıniyanın “Dunarea Kalarasi” klubunda çıxış edən Mapuku peşəkar karyerasına "Monako"da başlayıb. Ancaq əsas komandasında debüt şansı qazanmadığından B komandasında çıxış edib. O, müxtəlif vaxtlarda Yunanıstan, Bolqarıstan, Türkiyə, Misir və Çində də top qovub. 


Digər xəbərlər

Xəbər xətti