Dünya çempionunun öldüyü qəzadakı digər sürücünün kimliyi açıqlandı - VİDEO

Sportarena.az      2 İyul 2018, 21:35

Bir neçə gün öncə Bakı Olimpiya Stadionunun qarşısında baş verən qəzada xəsarət alan şəxsin kimliyi məlum olub.

 

Sportarena.az Trend-ə istinadən xəbər verir ki, MMA döyüş növü üzrə dünya çempionu, 1993-cü il təvəllüdlü Fərhad Rahib oğlu Poladovun törətdiyi qəzada digər avtomobildə xəsarət alan şəxsin kimliyi bilinib. O, 1964-cü il təvəllüdlü Cavadov Kərim Əlibala oğludur.

 

Əldə olunan məlumata görə, K.Cavadov Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşı olub. O, qəza baş verən gün bədənin müxtəlif yerlərinin xəsarətləri, sol körpücük sümüyünün sınığı və döş qəfəsinin küt travması diaqnozu ilə 3 saylı Şəhər Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

 

Bir müddət orada müalicə alan K.Cavadov daha sonra DİN-in hospitalına köçürülüb.

 

 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin