"Qarabağ"dan ayrılan Reynaldonun yeni klubu bəlli oldu

21:35 3 İyul 2019

"Qarabağ"dan ayrılan Reynaldonun yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, braziliyalı hücumçu karyerasını Qazaxıstan "Irtış"ında davam etdirəcək. Bu barədə Qazaxıstan Premyer Liqası təmsilçisinin saytı məlumat yayıb. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.

 

Qeyd edək ki, Reynaldo qış fasiləsindən sonra "Qarabağ"ın heyətində cəmi 3 oyun keçirib və 1 qol vurub. O, bundan əvvəl "Aktobe" klubunda oynayıb.

 

Xatırladaq ki, Reynaldonun "Neftçi"yə keçə biləcəyi iddia olunurdu.


Digər xəbərlər

Xəbər xətti