AFFA Tovuzdakı Futbol Akademiyası ilə bağlı tender elan edib

15:58 6 İyul 2019

AFFA Tovuz rayonunda, "Turan-Tovuz” klubunun nəzdində Futbol Akademiyasının, təlim-məşq bazasının və stadionun təmir və inşaat işləri ilə əlaqədar tender elan edib.

 

Sportarena.az milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, tenderdə iştirak etmək istəyənlər təkliflərini və "Şirkətlərin uyğunluğu üzrə sorğu vərəq”ini 26 iyul 2019-cu il, saat 18:00-a qədər [email protected] elektron ünvanına göndərə bilərlər.


Digər xəbərlər

Xəbər xətti