4 qat dünya çempionu dənizdə batan adamı xilas etdi

Sportarena.az      10 İyul 2018, 10:29

Sardiniyada istirahətdə olan 37 yaşlı ispaniyalı üzgüçü Filippo Manyini orada əsl qəhrəmanlıq nümayiş etdirib.

 

Sportarena.az xəbər verir ki, o, dənizdə batmaq təhlükəsi ilə üzləşən 45 yaşlı kişinin həyatını xilas edib.  

 

“O, çox qorxmuşdu və duzlu su udmuşdu. Mən ona yetişəndə, o danışa bilmirdi. Onu sudan çıxarmaq çətin idi. Ona görə də mən onun başını hava ilə doldurulmuş balışa qoydum. Mən sadəcə etməli olduğum şeyi etdim”, - Manyini deyib.   

 

Məlumat üçün bildirək ki, Manyini 4 qat dünya, 17 qat Avropa çempionu və 2014-cü ildə keçirilən Olimpiya Oyunlarının bürünc medalçısıdır.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin