30 yaşlı futbolçu qəfil öldü

15:01 18 İyul 2019

Almaniyanın “Dessauer-97” futbol klubunun yarımmüdafiəçisi Ştefan Haberman məşq zamanı qəfil dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat verilib. Futbolçunun ölüm səbəbi dəqiqləşdirilməyib.

 

“Sözlə ifadə edilə bilməyəcək çox kədərli xəbərdir. Ştefanın ailəsi və yaxınlarına başsağlığımızı çatdırırıq. Onun yeri görünəcək – həm futbolçu, həm də insan kimi. Biz səni həmişə yaxşı xatırlayacağıq”, - klubun mətbuat xidməti yazıb.  

 

Qeyd edək ki, Habermen “Dessauer”də 2010-cu ildən oynayırdı. Bu müddət ərzində o, 253 matçda iştirak etmiş, 21 qol vurmuşdu.


Xəbər xətti