Qadın güləşçilərimizdən gümüş medal

19:49 22 İyul 2019

Azərbaycanın qadın güləşçiləri Gültəkin Şirinova və Mərziyə Sadıqova "Bakı 2019" Avropa Gənclər Yay Olimpiya Festivalında (EYOF) final görüşlərini keçirib.

 

Sportarena.az xəbər verir ki, 46 kq çəki dərəcəsində çıxış edən Gültəkin Şirinova finalda Rumıniya təmsilçisi Georgiana-Lavinia Antukaya məğlub olaraq gümüş medalla kifayətlənib.

 

61 kq çəki dərəcəsində mübarizə aparan Mərziyə Sadıqova isə həlledici dueldə İtaliya təmsilçisi Aurora Russoya uduzub - 4:10.

  


Digər xəbərlər

Xəbər xətti