O qol vurulanda Mahir topdaşıyan imiş... - FOTO + VİDEO

11:14 24 İyul 2019

“Qarabağ”ın Avropa Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Norveçin “Rusenborq” klubu üzərində tarixi qələbəsindən 10 il keçir.

 

Sportarena.az xəbər verir ki, ağdamlılar 2009-cu ilin məhz bu günündə Rəşad Sadıqovun cərimə zərbəsindən vurduğu möhtəşəm qolla rəqibini 1:0 məğlub etmişdi.Həmin matçla maraqlı məqamlardan biri də Mahir Əmrəli ilə bağlıdır. Belə ki, “Qarabağ”ın gənc hücumçusu 10 il öncəki qarşılaşmada topdaşıyan olub.

 

Belə ki, Rəşad Sadıqov həmin qolun videosunu şəxsi İnstaqram hesabında paylaşıb. Mahir Əmrəli isə paylaşıma şərh yazaraq həmin qarşılaşmada topdaşıyan olduğunu bildirib.

 

 



Xəbər xətti