“EYOF Bakı 2019”da medal sıralaması - Azərbaycan neçəncidir?

10:18 27 İyul 2019

Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalının altıncı gününə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan günü üç medalla başa vurub.Nəticədə ölkəmizin qazandığı medalların sayı 23-ə çatıb. Bunlardan 10-u qızıl, 7-si gümüş, 6-sı isə bürüncdür. Azərbaycan bu göstərici ilə 2-ci sıradakı yerini qoruyub. 

 

İlk pillədə isə Rusiyadır. Şimal qonşumuzun aktivində 25-i qızıl, 14-ü gümüş, 19-u bürünc olmaqla 58 medal var. Üçüncü sırada isə Türkiyə qərarlaşıb. Qardaş ölkə Azərbaycan kimi, 10 qızıl medal qazanıb. Türkiyəli idmançıların qazandıqları medallardan 5-i gümüş, 9-u isə bürüncdür.


Digər xəbərlər

Xəbər xətti