“Fənər” “alman maşını”nın 6-nda qaldı - VİDEO

09:32 31 İyul 2019

Almaniyada keçirilən “Audi Cup” turnirinin növbəti matçında “Bavariya” ilə Türkiyənin “Fənərbağça” klubunları üz-üzə gəlib.

 

Sportarena.az xəbər verir ki, “Allianz Arena”da keçirilən qarşılaşma Münhen təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb.“Alman maşını” “Fənər”i 6:1 hesabı ilə darmadağın edib.

 

Qeyd edək ki, turnirin ilk matçında “Tottenhem” “Real” üzərinə 1:0 hesablı qələbə qazanıb.

 

 


Xəbər xətti