APOEL – “Qarabağ” matçının hakimləri açıqlandı

11:16 3 Avqust 2019

Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində keçiriləcək APOEL - "Qarabağ" matçının hakimləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, Kiprdə keçiriləcək qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək.Oyunun baş hakimi Davide Massa olacaq. Ona bu işdə Fabiano Preti və Alberto Teqoni yardım edəcək. Dördüncü hakim isə Rosario Abissodur.

 

Qeyd edək ki, avqustun 6-da Nikosiyadakı GSP stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.


Digər xəbərlər

Xəbər xətti