Lionel Messi Argentina matçlarından diskvalifikasiya olundu

11:44 3 Avqust 2019

Argentina yığmasının hücumçusu Lionel Messi 3 ay müddətinə diskvalifikasiya olunub.

 

Sportarena.az xəbər verir ki, bu barədə Cənubi Amerikanın Futbol Federasiyası (CONMEBOL)qərar qəbul edib.Bundan əlavə o,  50 min dollar məbləğində cərimə ödəməli olacaq.

 

Futbolçunun cəzalandırılmasına Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı onun Cənubi Amerika məmurlarını tənqid etməsi səbəb olub. O, məmurları ev sahibi olan komandanın qalibiyyəti üçün korrupsiya əməlinə yol verməkdə və hakimləri Argentina millisinə qarşı qərəzli olmaqda ittiham edib.Forvardın cəza müddəti noyabrın 3-də başa çatacağından, o, milli komandanın Çili, Meksika və Almaniyaya qarşı keçirəcəyi matçları buraxmalı olacaq.

 

Messi bir həftə ərzində qərara etiraz edə bilər. Appelyasiya şikayətinin dəyəri 3 min dollar təşkil edir.


Digər xəbərlər

Xəbər xətti