Çempionlar Liqasının ən sürətli oyunçusu açıqlandı

20:07 4 Sentyabr 2019

Hollandiya millisinin və “Liverpul”un müdafiəçisi Vircil van Deyk Çempionlar Liqasında ən sürətli oyunçu olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytında yazılıb. “Barselona”ya qarşı ½ finalın ilk matçında Deykin sürəti saatda 34,5 kilometr olub. İkinci yerdə “Mançester Siti”nin yarımmüdafiəçisi Leroy Sane qərarlaşıb. O, “Hoffenhaym”la görüşdə saatda 34,4 kilometr sürət göstərib.

 

Üçüncü yer “Mançester Siti”dən müdafiəçi Kayl Uoker olub. O, London “Tottenhem”i ilə ¼ finalda saatda 34,2 kilometr sürət göstərib.


Xəbər xətti