FİFA-nın keçmiş vitse-prezidenti ömürlük futboldan kənarlaşdırıldı

10:32 13 Sentyabr 2019

Cənubi Amerika Futbol Konfederasiyasının (KONMEBOL) eks-başçısı, Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) keçmiş vitse-prezidenti Xuan Anhel Napout ömürlük futbol faəliyyətindən kənarlaşdırılıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumat FİFA-nın rəsmi saytında yerləşdirilib.Sözügedən qərar FİFA-nın etika komitəsinin arbitraj palatası tərəfindən qəbul edilib.

 

Napout rüşvət almaqda günahkar bilinib. O, həmçinin, 1 milyon İsveçrə frankı məbləğində cərimələnib.


Digər xəbərlər

Xəbər xətti