“Ginnesin rekordlar kitabı”na düşən məşqçi vəfat etdi

14:10 17 Sentyabr 2019

Almaniyalı futbol məşqçisi Rudi Qutendorf 93 yaşında dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqlı (DFB) məlumat verib.

 

“Biz böyük ürəyi ilə seçilən və hər gün bizə pozitivlik bəxş edən insanı itirdik”, - Qutendorfun ailəsinin sözlərini ittifaq sitat gətirib.  

 

Qeyd edək ki, R. Qutendorf 32 fərqli ölkənin 55 futbol klubu ilə işləməklə “Ginnesin rekordlar kitabı”na daxil edilib.


Xəbər xətti