Namaşkodan 20-ci quru oyun

11:48 23 Sentyabr 2019

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 20-ci quru oyununu keçirib.

 

Sportarena.az PFL-ə istinadən xəbər verir ki, moldovalı qolkiperin yubileyi V turun “Neftçi” ilə matçına təsadüf edib. 0:0 hesabı ilə başa çatan görüşdə qol buraxmayan Stanislav mövsümdə 3-cü dəfə qapısını toxunulmaz saxlayıb.Bununla da Namaşko mövsümün rekordçusu olan Şahruddin Məhəmmədəliyevə çatıb. “Qarabağ”ın qapıçısı ilk üç turda qol buraxmayıb.

 

Moldovalının əvvəlki 17 quru oyunu AZAL-ın heyətində qeydə alınıb. O, 2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 14 dəfə qapısını toxunulmaz saxlayıb.

 

Namaşko Premyer Liqada ümumilikdə 59 matç keçirib. 32 yaşlı qapıçı bu matçlarda 62 top buraxıb.


Xəbər xətti