"Neftçi"nin hücumçusu ilə azarkeş arasında qalmaqal yaşandı - FOTOLAR

21:02 28 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının 6-cı turunun "Qəbələ" - "Neftçi" matçı (0:3) başa çatdıqdan sonra qalmaqallı hadisə yaşanıb.

 

Sportarena.az xəbər verir ki, oyun bitən kimi qonaq komandanın hücumçusu Rauf Əliyev tribunaya tərəf gedib. Bu zaman onunla azarkeşlərdən biri arasında mübahisə yaranıb. Rauf tribunaya çıxmaq istəsə də, polis buna mane olub. Raufun qolundan tutaraq paltardəyişmə otağına gedən tunelə aparıb.
 

İnsidentin hansı səbəbdən baş verdiyi hələlik bilinmir. (qol.az)



Digər xəbərlər

Xəbər xətti