“Beqoviç “Qarabağ”a keçməklə doğru addım atdı”

21:31 28 Sentyabr 2019

Asmir Beqoviç yay transfer pəncərəsində "Bornmut”dan "Qarabağ”a keçməklə doğru qərar verib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə Bosniya və Hersoqovinanın sportsport.ba saytı yazıb.

 

Qolkiperin "Qarabağ”dakı yeni klubundakı uğurlu çıxışı barədə yazı dərc edən sayt qeyd edib ki, təcrübəli qapıçı yeni komandasına uyğunlaşa və onlara uğur gətirə bilib: "Beqoviç yavaş-yavaş bir neçə il əvvəlki yaxşı formasına qayıdır. O, yeni komandasında bir neçə əla oyun keçirib”.

 

Yazıda Azərbaycan Premyer Liqasının dünən keçirilən "Qarabağ” – "Sumqayıt” matçında (2:0) da Beqoviçin qapısını toxunulmaz saxladığı bildirilib.


Xəbər xətti