“Fənərbaxça”da müqavilə

12:41 6 Noyabr 2019

Türkiyənin “Fənərbaxça” klubu futbolçusu Nabil Dirarla müqavilənin müddətini uzadıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.Yeni müqavilənin müddəti 2022-ci ilin yayına qədərdi. Əvvəlki müqavilənin müddəti isə 2020-ci ilin may ayında başa çatacaqdı.

 

Mərakeşli futbolçu 2017-ci ildə “Monako”dan “Fənərbaxça”ya transfer olunub. O, cari mövsümdə 7 oyuna çıxıb, 2 qol vurub.


Digər xəbərlər

Xəbər xətti