Dmitri Nazarov baş məşqçisiz qaldı

Sportarena.az      7 Noyabr 2018, 12:00

Almaniyanın “Ersgebirge” klubu baş məşqçisi Daniel Meyeri istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi komanda baş məşqçisi ilə vidalaşmağa qərar verib. Bu barədə Aue klubunun rəsmi saytı məlumat yayıb.

 

40 yaşlı mütəxəssislə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Onun köməkçisi olan qardaşı Andre Meyer də komandadan göndərilib.

 

Qeyd edək ki, Daniel Meyer 2018-ci ilin iyunundan “Ersgebirge”yə rəhbərlik edirdi. “Ersgebirge” hazırda Almaniyanın ikinci Bundesliqasında 19 xalla 4-cü pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin