Avropanın “Qızıl oğlan”ı seçildi

10:04 28 Noyabr 2019

Madridin “Atletiko” futbol klubunun portuqaliyalı yarımmüdafiəçisi Joau Feliks 2019-cu ildə Avropanın ən yaxşı gənc futbolçusu seçilib.

 

Sportarena.az xəbər verir ki,o, İtaliyanın “Tuttosport” qəzetinin təsis etdiyi “Golden Boy” (“Qızıl oğlan”) mükafatına layiq görülüb.Feliks 332 səs toplayaraq, reytinq cədvəlinin ilk sırasında qərarlaşıb. 20 yaşlı futbolçu Dortmundun “Borussiya”sının vinqeri Ceydon Sançonu (175) və Leverkuzenin “Bayeri”nin xavbeki Kay Havertsi (75) geridə qoyub.

 

İyul ayında Feliks “Atletiko”dan Lissabonun “Benifiki”sinə 126 milyon avroya transfer olunub. Bununla da, o, Kriştiano Ronaldonun rekordunu yeniləyərək ən bahalı portuqaliyalı futbolçu kimi adını tarixə yazdırıb. Beş “Qızıl top” sahibi Ronaldo ötən yay Madridin “Real”ından “Yuventus”a 117 milyon avroya transfer olunmuşdu.

 

Tarixdə ən bahalı oyunçuların siyahısında isə Feliks dördüncü yerə qalxıb. O, Neymar (“Pari Sen-Jermen”, 222 milyon avro), Kilian Mbappe (“Pari Sen-Jermen”, 180 milyon avro) və Filippe Koutinyodan (“Barselona”, 145 milyon avro) geri qalıb.

 

Daha əvvəl müxtəlif illərdə “Golden Boy” mükafatını hollandiyalılar Rafael van der Vart və Matteys de Liqt, ingiltərəlilər Ueyn Runi və Rəhim Sterlinq, argentinalılar Lionel Messi və Serhio Aquero, ispaniyalılar Sesk Fabreqas və İsko, braziliyalılar Anderson və Aleşandro Pato, italiyalı Mario Balotelli, almaniyalı Mario Qettse, fransalılar Pol Poqa, Antoni Marselyas, Kilian Mbappe və portuqaliyalı Renatu Sanşeş alıblar.


Digər xəbərlər

Xəbər xətti