Qiqqz Bakıda oynayacaqları üçün sevinir

Sportarena.az      2 Dekabr 2018, 10:00

Uels yığmasının baş məşqçisi Rayan Qiqqz Avropa çempionatının final mərhələsində Bakıda oynayacaqları ilə bağlı danışıb.

 

Sportarena.az xəbər verir ki, çalışdırıcı A qrupuna düşdükləri üçün sevindiyini bildirib. 

 

Qiqqz Bakıya yenidən səfər etmələrinin onların leyhinə olacağını düşündüyünü bildirib: “Bu yaxınlarda Bakıya səfər etmişdik. Bu çox yaxşı oldu. Orda qələbə qazanmışıq və yaxşı təcrübə toplamışıq. Qrupda ilk iki oyunumuzu Bakıda keçirəcəyik. Bu səbəbdən orda qalıb bazaya və hava şəraitinə uyğunlaşmaq potensialına sahibik. Azərbaycanla oyun zamanı bazalarını yoxlamaq imkanımız oldu. Orda olduğumuz zaman hər şey möhtəşəm idi. Bakıdakı iki oyunda Azərbaycan bizi ikinci ölkə kimi qəbul edə bilər".

 

Qeyd edək ki, Uels yığması iyunun 13-də İsveçrə, 17-də isə Türkiyə ilə Bakı Olimpiya Stadionunda qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin