Ronaldonun bacısından Van Deykə cavab - “Onlar sizi əzdi”

Sportarena.az      3 Dekabr 2018, 12:36

Kriştiano Ronaldonun bacısı Karya Aveyro Vircil van Deykı tənqid edib.

 

Sportarena.az xəbər verir ki, o, “İnstagram” hesabından hollandiyalı futbolçu barədə bunları yazıb: 

 

“Bəzi insanlar adamların əsəbləri ilə oynayırlar. Təvəzökar olmaq lazımdır. Kriştianu 3 liqada çempion olub. Van Deyk isə hələ də çempion ola bilmir. Ronaldo İngiltərə Premyer Liqasında ən yaxşı oyunçu, bombardir olub. Üstəlik də, bunları daha gənc yaşlarında bacarıb. Kriştianunun oynadığı yığma komanda sənin komandanı Millətlər Liqası finalında əzdi. Ən zəif vaxtında belə Ronaldo daha çox çempionluq yaşayıb. Sən fəxr et ki, Ronaldo ilə eyni masaya oturursan”. 

 

Qeyd edək ki, Vircil van Deyk “Qızıl top”un təqdimetmə mərasimində jurnalistin “Ronaldo gəlməyib, demək olar ki, rəqiblərinizdən biri azaldı” sualına “Kriştianu rəqib idi ki?” deyə cavab verib. Onun bu açıqlaması böyük səs küy yaradıb. 

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
"Qarabağ" Avropa Liqasının qrupunda neçənci yeri tutacaq?
 1-ci
 2-ci
 3-cü
 4-cü
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin