“Qarabağ” - “Keşlə” matçında bərabərlik - YENİLƏNİB

21:11 6 Dekabr 2019

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 14-cü tura start veriləcək.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutacaq.Bu ilin sonuncu turunun açılış matçında lider “Qarabağ” “Keşlə”ni qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq oyunda Ağdam klubu zirvədəki mövqeyini daha da möhkəmləndirməyə çalışacaqsa, paytaxt təmsilçisi aradakı xal fərqini azaltmaq üçün mübarizə aparacaq.

 

Turun qalan görüşləri bazar günü keçiriləcək. “Sabah” “Neftçi”ni, “Zirə” “Səbail”i, “Sumqayıt” “Qəbələ”ni qəbul edəcək.

 

Azərbaycan Premyer Liqası
14-cü tur
6 dekabr

“Qarabağ” - “Keşlə”  2-2

Qollar: D.Kintana,4, H.Hacılı,40 (öz qapısına), M.Emreli, 45, Tural Bayramlı,46
Hakimlər: Kamal Umudlu, Mübariz Haşımov, Eyyub İbrahimov, İnqilab Məmmədov.
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00.


Digər xəbərlər

Xəbər xətti