Kubok oyunlarına görə cəzalar bəlli oldu

17:00 11 Dekabr 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, toplantıda Azərbaycan kubokunun 1/8 mərhələsində keçirilmiş oyunlarda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.
 

“Keşlə” – “Kəpəz” matçının 45+1-ci dəqiqəsində “Keşlə” klubunun 5 №-li futbolçusu Franko Flores ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cərimə kəsilib.
 

“Zirə” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan” futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
 

“Qaradağ Lökbatan” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə ödəyəcək.Əsasnamənin 9-cu bəndinin şərtləri pozulduğuna görə “Zirə” klubu 800 manat cərimə olunub.


“Sumqayıt” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.


Xəbər xətti