"Qarabağ"ın məşqçisinə 5 oyunluq cəza

14:18 18 Dekabr 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, Gənclər Liqasının “Qarabağ” – “Zirə” qarşılaşmasında tribunadan hakimlər briqadasını təhqir edən ağdamlıların baş məşqçisi Samir Musayev 5 oyunluq cəzaya məruz qalıb.

 

Gənclər Liqasının “Sumqayıt” – “Səbail” matçının 85-ci dəqiqəsində birincilərin futbolçusu Murad Rəhimli aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb.

 

Oyunun 90-cı dəqiqəsində “Sumqayıt”ın futbolçusu Elçin Abbasovun hakimə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 4 oyun cəzalanıb.


Oyunun 90+1-ci dəqiqəsində “Sumqayıt”ın futbolçusu Cəlal Cəbrayılov rəqibə qarşı təhqiredici ifadələr işlətdiyinə görə 3 oyun cəzalanıb.


Digər xəbərlər

Xəbər xətti