“Keşlə”nin Antalya toplanışının tarixi müəyyənləşdi

00:12 19 Dekabr 2019

"Keşlə” 12-24 yanvarda Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışı keçəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə "Report”a klubun Mətbuat xidmətindən məlumat verilib.Paytaxt təmsilçisi Laradakı "Adalya Elite Lara Hotel”də məskunlaşacaq. Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv hazırlıq dönəmində 4 yoxlama oyununda qüvvəsini sınayacaq.

 

Matçların tarixləri və rəqiblər hələ dəqiqləşməyib.

 

Qeyd edək ki, Premyer Liqada çıxış edən digər 7 komanda da yanvarda Antalyada toplanışda olacaq.


Digər xəbərlər

Xəbər xətti