“Göztəpə” 17 il sonra “Qalatasaray”a qalib gəldi - FOTOLAR

10:15 22 Dekabr 2019

Türkiyə Super Liqasının 16-cı həftəsində “Qalatasaray” səfər oyununda “Göztəpə”yə 2:1 hesabla məğlub olub.

 

Sportarena.az xəbər verir ki, İzmir komandasına qalibiyyəti gətirən qolları Kameron Jerome (9) və Halil Akbunar (61) vurub.  “Qalatasaray”ın yeganə qolu isə 27-ci dəqiqədə Lamine Qassamanın topu  öz qapısından keçirməsindən sonra hesaba yazılıb. Bununla da “Göztəpə” 2002-ci ildən bu yana Super Liqada “Qalatasaray”ı ilk dəfə məğlub edib.

 

Super Liqada gələn həftə “Göztəpə”-“Sivasspor”, “Qalatsaray”-“Antalyaspor” qarşılaşacaq.



Digər xəbərlər

Xəbər xətti