Dmitri Nazarov qol vurdu, komandası qalib gəldi - VİDEO

14:04 22 Dekabr 2019

Almaniya 2-ci Bundesliqasında 18-ci turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun çıxış etdiyi “Aue” evdə “Qroyter"ə 3:1 hesabı ilə qalib gəlib.

 

Nazarov start heyətdə meydana çıxıb və sona kimi oynayıb. 29 yaşlı futbolçu 64-cü dəqiqədə penaltidən komandasının ikinci qolunu vurub. Dima cari mövsüm 7 dəfə fərqlənib.

 

"Aue" 29 xalla 4-cü pillədə qərarlaşıb.

 

 


Digər xəbərlər

Xəbər xətti