Prosineçkinin əvəzinə Bayeviç

20:07 22 Dekabr 2019

Futbol üzrə Bosniya və Herseqovina millisinin yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, yığmanın baş məşqçi postu yerli mütəxəssis Duşan Bayeviçə tapşırılıb. Federasiya 71 yaşlı çalışdırıcını yanvarda ictimaiyyətə təqdim edəcəyini bəyan edib.

 

Qeyd edək ki, Duşan Bayeviç bu postda Robert Prosineçkini əvəz edib. Xorvatiyalı mütəxəssisin yenidən Azərbaycan millisinin baş məşqçisi təyin ediləcəyi ehtimalları var.


Xəbər xətti