Azərbaycan millisinin üzvü Vyetnam klubunda

11:51 26 Dekabr 2019

Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”də oynayan Azərbaycan millisinin üzvü Rüfət Dadaşov karyerasını Vyetnamda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı hücumçunun “Nam Din” klubuna transfer olacağı gözlənilir. Keçidin yaxın günlərdə rəsmiləşəcəyi iddia olunur.“Nam Din” Vyetnam liqasında 26 turdan sonra 31 xalla 11-ci sıradadır.

 

Rüfət Dadaşovun “Proyssen”lə müqaviləsi mövsümün sonunda başa çatır.


Xəbər xətti