Manuel Pelleqrini istefaya göndərildi

13:07 29 Dekabr 2019

“Vest Hem” “Lester”lə Premyer Liqanın 20-ci turunun oyunundan (1:2) sonra baş məşqçisi Manuel Pelleqrinini istefaya göndərib.

 

Sportarena.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlama bildirilib. Klub 66 yaşlı çilili mütəxəssisə işinə görə təşəkkür edib. Qeyd olunub ki, belə bir qərarın verilməsinə yeni baş məşqçiyə mövsüm ərzində problemləri həll etmək üçün daha geniş zaman verməkdir.

 

Xatırladaq ki, “Vest Hem” 19 oyundan 19 xalla turnir cədvəlində 17-ci yeri tutur. Komanda son 5 oyundan 4-nü uduzub.


Xəbər xətti