Arda Turan “Başakşəhər”dən ayrıldı

15:50 7 Yanvar 2020

“Başakşəhər” yarımmüdafiəçisi Arda Turanla yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.Bildirilir ki, müqavilə ilə “Barselona”ya məxsus olan və cari mövsümün sonuna qədər icarəyə götürülən 33 yaşlı futbolçu ilə sözləşməyə qarşılıqlı razılıqla xitam verilib. 

 

Arda rəhbərliyə başqa kluba keçmək istədiyini bildirib və tərəflər yolları ayırmağı qərara alıblar.

 

“Barselona” ilə müqavilə müddəti mövsümün sonuna qədər olan Türkiyə millisinin üzvünün karyerasını “Qalatasaray”da davam etdirməsi gözlənilir.


Xəbər xətti