“Qəbələ”dən ilk transfer

17:03 7 Yanvar 2020

2019-2020-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını davam etdirən “Qəbələ” qış “transfer pəncərəsi”ndə ilk futbolçu keçidini rəsmiləşdirib.

 

Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Ehtiram Şahverdiyevi heyətinə qatıb.23 yaşlı yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. “Qəbələ” Futbol Akademiyasının yetirməsi olan Ehtiram üç illik fasilədən sonra komandaya geri dönüb.

 

2017-19-cu illərdə “Sumqayıt”ın şərəfini qoruyan yarımmüdafiəçi bunadək “qırmızı-qaralar”ın heyətində çıxış edib. O, 2015-2016-cı illər mövsümündə klubumuzun əsas komandasında 2 oyun keçirib.


Digər xəbərlər

Xəbər xətti