“Saxlanılanlar içərisində tanınmışlar da var” - Elxan Məmmədov

12:26 8 Yanvar 2020

AFFA-nın baş katibi Elxan Məmmədov oyun-alqı satqısı ilə bağlı açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, o, bildirib ki, bu məsələdə adı hallananlar içərisində futbolla məşğul olmayanlar da var:

 

“Bu məsələ ilə bağlı işlər görülür. Xeyli adam həbs edilib. Təəssüf ki, bu adamların içərisində futbolla məşğul olmayanlar da var. Onlarla hüquq-mühafizə orqanları məşğul olur. Yenə də mübarizə aparacağıq. Saxlanılan adamlar da var. Onların içərisində məşhur insanlar da var. Lakin biz indi ad çəkə bilmirik. Bu məsələdə bizə dəstək olan futbolçulara da təşəkkür edirəm. Bəzi futbolçular məxfi şəkildə bizə məlumatlar verdilər. Ümid edirəm ki, media da bizə dəstək olacaq”.


Digər xəbərlər

Xəbər xətti