Rəşad Sadıqov Robert Prosineçki ilə görüşdü

11:08 22 Yanvar 2020

Millimizin sabiq kapitanı Rəşad Sadıqov yığmamızın sabiq baş məşqçisi Robert Prosineçki ilə görüşüb.

 

Sportarena.az xəbər verir ki, "Qarabağ"ın futbolçusunun "Kayserispor"un yeni çalışdırıcısı ilə görüşü Antalyada təlim-məşq toplanışı zamanı gerçəkləşib. Sadıqov görüşün fotosunu şəxsi instaqram hesabında paylaşıb.

 

Qeyd edək ki, R.Prosineçki 2014-2017-ci illərdə millimizi çalışdırıb. Həmin vaxt R.Sadıqov yığmamızın kapitanı olub.


Digər xəbərlər

Xəbər xətti