"Qarabağ"ın sabiq futbolçusu debüt oyununda zədələndi

10:48 24 Yanvar 2020

BƏƏ-nin “Baniyas” klubuna transfer olan Riçard Almeyda yeni komandasında debüt edib.
 
 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü çempionatın 13-cü turunda “Əl Nəsr”lə keçirilən görüşdə meydana çıxıb. Qarşılaşma "Baniyas"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Almeyda start heyətdə meydana çıxıb və 79-cu dəqiqədə zədələnib. O, bu səbəbdən oyunu davam etdirə bilməyib.

 

Qeyd edək ki, “Baniyas” 14 xalla çempionatın 9-cu pilləsində qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti