"Zirə" legioneri ilə yollarını ayırdı

13:11 27 Yanvar 2020

"Zirə" futbolçusu Robin Nqalande ilə yolları ayırıb. 

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, malavili hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Ona gələcək karyerasında uğurlar arzulanıb. 

 

Qeyd edək ki, 2019-cu ilin yanvarında "Zirə"yə keçən 28 yaşlı futbolçu 6 ay sonra klubla 2 illik yeni müqavilə imzalayıb.


Xəbər xətti