Azərbaycan Premyer Liqada komanda sayı 10-na qaldırılır

16:03 28 Yanvar 2020

2020/21 mövsümdə Azərbaycan Premyer Liqasında komanda sayı 10-a qaldırılacaq.

 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nın yeni vitse-prezidenti Vaqif Sadıqov məlumat verib. Onun sözlərinə görə, çempionatda iştirak edəcək iki yeni komanda əyaləti təmsil edəcək.

 

Qeyd edək ki, hələlik adlar rəsmən açıqlanmasa da, həmin iki komandanın "Kəpəz” və "Turan Tovuz” olacağı bildirilir.


Digər xəbərlər

Xəbər xətti