“Liverpul”u məğlub edən tapılmır, tarix yazdı - VİDEO

10:29 30 Yanvar 2020

İngiltərə Premyer Liqasında 18-ci turdan təxirə salınmış bir oyun keçirilib.

 

Sportarena.az xəbər verir ki, lider "Liverpul" səfərdə "Vest Hem"ə 2:0 hesabı ilə qalib gəlib. Bununla da "Liverpul" 128 illik tarixində ilk dəfə bir mövsüm ərzində çempionatdakı bütün komandaları məğlub etməyi bacarıb.

 

Qeyd edək ki, Yurgen Kloppun rəhbərlik etdiyi komanda 70 xalla çempionatın vahid lideridir. Mersisaydlılar ən yaxın izləyicisi "Mançester Siti"ni 19 xal qabaqlayır.

 

"Vest Hem" - "Liverpul" - 0:2

Qollar: Məhəmməd Salah, 35 (pen.), Aleks Oksleyd-Çemberleyn, 52

 

 


Digər xəbərlər

Xəbər xətti