"Qarabağ" "Səbail"lə oyuna hazırlaşır - FOTOLAR

11:24 30 Yanvar 2020

Antalya toplanışını başa vurduqdan sonra Bakıya qayıdan “Qarabağ” məşqləri davam etdirir.

 

Sportarena.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi Premyer Liqanın 15-ci turunda “Səbail”lə keçiriləcək matça hazırlaşır.

 

Qeyd edək ki, fevralın 2-si “ASCO Arena”da keçiriləcək oyun 17:30-da start götürəcək.



Xəbər xətti