"Qarabağ"ın sabiq hücumçusu Gürcüstan klubuna keçir

18:32 30 Yanvar 2020

"Qarabağ"ın sabiq hücumçusu Reynaldonun yeni klubu bəlli olmaq üzrədir.

 

Sportarena.az xəbər verir ki, 30 yaşlı futbolçu karyerasını Gürcüstanda davam etdirə bilər. O, yüksək liqa təmsilçisi "Dinamo" üçün tibbi müayinədən keçəcək. Batumi təmsilçisi tibbi müayinənin nəticələrindən sonra braziliyalı futbolçu ilə müqavilə imzalayıb-imzalamayacağı barədə qərar verəcək.

 

Reynaldo 2013-2017-ci illərdə "Qarabağ"da çıxış etmişdi. O, 2019-cu ilin qış fasiləsində "Aktobe"dən Ağdam klubuna qayıtmışdı. 6 ay sonra ağdamlıları tərk edən Reynaldo "İrtış"la müqavilə imzalasa da, komandadan qısa müddət sonra ayrıldı.


Xəbər xətti