"Sabah" antirekorda imza atdı

10:50 3 Fevral 2020

"Sabah” Azərbaycan Premyer Liqasında ardıcıl 3-cü məğlubiyyətini alıb. 

 

Sportarena.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ilk yarısını "Qarabağ”a 0:1, "Neftçi”yə 0:2 hesablı məğlubiyyətlərlə başa vuran paytaxt təmsilçisi XV turda "Zirə”dən 2 cavabsız top buraxıb. 

 

Hər üç qarşılaşmada quru hesabla məğlub olan bakılılar ikinci mövsümünü keçirdiyi Premyer Liqada klub antirekorduna imza atıblar. İndiyədək "Sabah” ardıcıl 3 oyunda xalsız qalmamışdı. Əvvəllər komandanın ardıcıl iki məğlubiyyət almasına 8 dəfə təsadüf olunsa da, seriya 3-ə çatmamışdı.


Digər xəbərlər

Xəbər xətti