"Səbail”in icraçı direktoru öz istəyi ilə tutduğu vəzifəsindən ayrılıb

13:04 3 Fevral 2020

"Səbail” klubu icraçı direktoru Ramin Həsənovun vəzifəsidən getdiyini təsdiqləyib.

 

Sportarena.az xəbər verir ki, bu haqda klubun rəsmi Feysbuk səhifəsinin yaydığı məlumatda bildirilib.Onun öz istəyi ilə tutduğu vəzifədən ayrıldığı qeyd edilib. Məlumatda deyilir ki, müvəqqəti olaraq Klubun icraçı direktor vəzifəsini baş menecer Fərəc Əliyev icra edəcək. “Səbail” Peşəkar Futbol Klubu Ramin Həsənova fəaliyyətinə görə təşəkkür edir və gələcək karyerasında uğurlar arzulayıb.

 

Qeyd edək ki, Ramin Həsənov fəaliyyətini “Sabahda davam etdirəcək. Klubun mətbuat xidməti bu haqda məlumatı təsdiqləyib.


Xəbər xətti