"Qarabağ"dan ayrılan futbolçu Çin klubunda

18:42 3 Fevral 2020

"Qarabağ" Dani Kintananın klubdan ayrılması ilə bağlı rəsmi məlumat da yayıb. 

 

Sportarena.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu gün komandada sonuncu məşqinə çıxıb. İspaniyalı yarımmüdafiəçi Çinin "Chengdu Better City" klubuna (birinci liqada çıxış edir - red.) transfer olunub. O, bu gün tibbi yoxlanışdan keçmək üçün yeni komandasının Tailandda davam edən düşərgəsinə yollanacaq.

 

2015-ci ildə "Qarabağ"a transfer olunan Kintana 146 matçda meydanda olub, 42 qol və 23 məhsuldar ötürmə ilə yadda qalıb. Ağdam klubu Kintanaya göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.


Xəbər xətti